Rusiya Premyer Liqası başlayır

Rusiya Futbol Federasiyasının "twitter" hesabından verilən məlumata görə

1418210
Rusiya Premyer Liqası başlayır

 

  Yeni növ korona virusunun (Covid-19) yayılması səbəbindən təxminən iki ay müddətinə dayandırılan Rusiya Premyer Liqası iyunun 21-də başlayacaq.

  Rusiya Futbol Federasiyasının "twitter" hesabından verilən məlumata görə, epidemiya səbəbindən martın 17-də təxirə salınan Premyer Liqa 21 iyun - 22 iyul arasında oynanılacaq.

  Rusiya Premyer Liqasında hər komanda mövsümün qalan hissəsində 5 əvəzləmə edə biləcək və matçlar azarkeşsiz olacaq.

  4 həftə davam edəcək matçların sonunda Rusiya Premyer Liqasını son iki mərhələdə tamamlayan komandalar ikinci liqaya düşəcəklər. İkinci liqanı ilk iki yerdə tamamlayanlar gələn mövsüm Rusiya Premyer Liqasına yollanacaqlar.

  Fasiləsiz Rusiya Kuboku oyunları da davam etdiriləcək və 25 iyulda final olacaq.



Әlaqәli Xәbәrlәr