Su idman növləri üzrə dünya çempionatı təxirə salındı

Su idman növləri üzrə XIX dünya çempionatı təxirə salınıb.

1410292
Su idman növləri üzrə dünya çempionatı təxirə salındı

Su idman növləri üzrə XIX dünya çempionatı təxirə salınıb.

Beynəlxalq Üzgüçülük Federasiyasının (FİNA) məlumatına görə, 2021-ci il iyunun 16-dan iyulun 1-dək Yaponiyanın Fukuoka şəhərində təşkil olunmalı yarış bir il sonra baş tutacaq. Çempionat mayın 13-29-da keçiriləcək.

Buna səbəb koronavirus pandemiyası səbəbindən Tokio-2020 Yay Olimpiya Oyunlarının 2021-ci ilə keçirilməsidir. Yaponiya paytaxtındakı yarış iyulun 23-dən avqustun 8-dək təşkil olunacaq.



Әlaqәli Xәbәrlәr