Türkiyə Atletizm Çempionatı

Türkiyə Atletizm Federasiyasından verilən məlumatda bildirilir

1447898
Türkiyə Atletizm Çempionatı

 

  Türkiyə Atletizm Federasiyası yeni tip korona virusu (Covid-19) epidemiyası ilə əlaqədar gecikən mövsümü 18-19 iyulda Ankarada təşkil ediləcək ilk yarışlarla başlayacaq.

  Türkiyə Atletizm Federasiyasından verilən məlumatda bildirilir: “15 İyul Demokratiya və Milli Birlik Günü münasibətilə paytaxt Ankarada təşkil ediləcək xüsusi yarışlarla mövsüm start götürəcək”.

  Türkiyədə atletlərin 4-6 həftə arasındakı hazırlıq müddətilə bağlı yaradılan təqvimlə bağlı isə federasiya bunları bildirib: "World Athletics”in əsas yarışlarının avqust-oktyabr dövrünə keçirilən 2020 mövsümünün milli çempionatları Avropadakı ölkələrin təxminən hamısında avqustun sonu və sentyabrda reallaşacaq. Türkiyə Atletizm Çempionatı da sentyabrın əvvəlində olacaq”.



Әlaqәli Xәbәrlәr