Türkiyə bayrağı paylaşdığı üçün Azərbaycan futbolçusu cəzalandırıldı

Azərbaycan klubunun futbolçusu Türkiyə bayrağı paylaşdığı üçün sərt cəzalandırıldı.

1289208
Türkiyə bayrağı paylaşdığı üçün Azərbaycan futbolçusu cəzalandırıldı

 

  Cənubi Azərbaycan klubunun futbolçusu Türkiyə bayrağı paylaşdığı üçün sərt cəzalandırıldı.  

  İran Futbol Federasiyası (FFİRİ) “Sülh çeşməsi” hərəkatını dəstəkləmək məqsədilə sosial media hesabından Türkiyə bayrağı və əsgərinin fotosunu paylaşan “Traktor” klubunun futbolçusu Mehdi Bəbrini cəzalandırıb.

  M.Bəbri idmançıya yaraşmayan davranışda ittiham olunub və müvəqqəti olaraq yaşıl meydandan uzaqlaşdırılıb.

  Bəbrini təhqir edən “Sənəti Nefti Abadan” klubunun oyunçusu Sirvan Qurbaniyə də eyni cəza verilib.

  Klub idarəçiləri və futbolçular qərara etiraz olaraq İntizam Komitəsinə müraciət ediblər.

 

 



Әlaqәli Xәbәrlәr