Türkiyədə qələbə Lüis Hemiltonun oldu

İstanbulda "Formula 1" üzrə Türkiyə Qran-prisi keçirildi.

1528343
Türkiyədə qələbə Lüis Hemiltonun oldu

İstanbulda "Formula 1" üzrə Türkiyə Qran-prisi keçirildi.

Yarışda "Mercedes" pilotu Lüis Hemilton qələbə qazandı. İkinci yer "Racing Point"dən Serxio Peresə, üçüncü pillə isə "Ferrari"dən Şarl Leklerə qismət oldu..

Hemiltonun komanda yoldaşı və ən yaxın izləyicisi Valtteri Bottas finişə 14-cü çataraq, xal toplaya bilmədi. Nəticədə onların arasındakı xal fərqi 110-a çatdı ki, bu da ingiltərəli pilotun sona 3 yarış qalmış dünya çempionu olmasına şərait yaratdı.

Beləliklə, Hemilton karyerasında 7-ci dəfə dünya çempionu oldu və o, Mixael Şumaxerin rekorduna şərik çıxdı.



Әlaqәli Xәbәrlәr