Türkiyə güləş üzrə “Poland Open” Turnirində 5 medal qazandı
Türkiyə Güləş Federasiyasından yayılan açıqlamada, Varşavada təşkil edilən güləş üzrə “Poland Open” Turnirinin son günündə milli idmançıların 3 medal qazandığı bildirilib.
1657487
Şərhdə qeyd edilib ki, Yunan-Roma güləşçilərimiz Əkrəm Öztürk (60 kq) gümüş, Cengiz Arslan( 72 kq) və Mətəhan Başar (87 kq) bürünc medal qazanıb.
Daha əvvəl Murat Fırat ilə qızıl, qadınlarda isə Buse Tosun ilə gümüş medalın sahibi olan ay-ulduzlular turniri 1 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurdu.