Türkiyə milliləri çempionatdan qızıl, gümüş, bürünc medallarla qayıtdı

Türkiyə Xüsusi İdmançılar İdman Federasiyasından verilən məlumata görə ...

2106936
Türkiyə milliləri çempionatdan qızıl, gümüş, bürünc medallarla qayıtdı
Turkiye-virtus sampiyonasi.jpg
Aysel Onder-Virtus altin madalya.jpg

 

  Türkiyədən xüsusi atlet Aysel Öndər dünya rekordu qıraraq 2024 Virtus Dünya Qapalı Atletizm Çempionatında qızıl medal qazandı.

  Türkiyə Xüsusi İdmançılar İdman Federasiyasından verilən məlumata görə, Fransanın Reyms şəhərində olan çempionatda Aysel Önder 400 metr məsafəni 57,54 saniyəyə qaçaraq polşalı Barbara B.Needziyala (Niewiedzial) məxsus 58,12 saniyəlik dünya rekordunu yeniləyərək qızıl medal qazanıb.

  Türkiyə milliləri tədbirin ikinci günündə 2 qızıl, 4 gümüş və 2 bürünc olmaqla ümumilikdə 8 medal əldə ediblər.

  İkinci yarış günündə medal qazanan idmançılar bunlardır:

Qızıl:

Aysel Önder - 400 metr dünya rekordu,

Mustafa Yıldırım - dirəklə tullanma.

Gümüş:

Mustafa Yıldırım - 60 metr maneələrlə qaçış,

Mustafa Yıldırım - 5000 metr piyada,

Fatma Damla Altın - uzunluğa tullanma,

Reyhan Taşdelen - 60 metr maneələrlə qaçış.

Bürünc:

Esra Bayrak - uzunluğa tullanma,

Muhammet Atıcı - güllə atma.



Әlaqәli Xәbәrlәr