Türkiyə millisi Avropa Çempionatına getmə haqqını qazandı

D qrupunun son matçında A milli komandası 22 fevralda (bazar ertəsi) Türkiyə saatı ilə 20.00-da Xorvatiya ilə qarşılaşacaq. Qrupun digər mübarizəsi isə 17.00-da İsveç ilə Hollandiya arasında olacaq.

1587571
Türkiyə millisi Avropa Çempionatına getmə haqqını qazandı

 

  Türkiyənin A milli kişi basketbol komandası Hollandiyanın Xorvatiyanı 65-57 hesabıyla məğlub etməsiylə ilk üçlükdə iştirak etmək və Avropa Çempionatına getmək haqqını əldə edib.

  FİBA 2022 Avropa Çempionatı seçmələrində D Qrupu 5-ci matçında Hollandiya basketbol komandası Xorvatiyanı 65-57 hesabı ilə məğlubiyyətə uğradıb. Bununla da Türkiyənin A milli kişi basketbol komandası D qrupunda ilk üçlükdə iştirak və Avropa Çempionatına getmək haqqını qazanıb.

  D qrupunun son matçında A milli komandası 22 fevralda (bazar ertəsi) Türkiyə saatı ilə 20.00-da Xorvatiya ilə qarşılaşacaq. Qrupun digər mübarizəsi isə 17.00-da İsveç ilə Hollandiya arasında olacaq.

  Türkiyənin vitse-prezidenti Fuad Oqtay “twitter”dən "Avropa Çempionatına qatıldığı üçün A milli kişi basketbol komandamızı ürəkdən təbrik edirəm" deyə paylaşıb.

  Ölkənin gənclik və idman naziri Mehmet Məhərrəm Kasapoğlu, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu və başqaları da Türkiyə millisini təbrik edərək komandaya çempionatda müvəffəqiyyətlər arzulayıblar.



Әlaqәli Xәbәrlәr