1 yanvardan İraq və Suriyanın şimalında zərərsizləşdirilən terrorçu sayı

Türkiyənin milli müdafiə naziri Hulusi Akar 1 yanvardan bu günə qədər İraq və Suriyanın şimalındakı əməliyyatlarda bölücü terror təşkilatı PKK-nın nə qədər üzvünün zərərsizləşdirildiyini söylədi...

1423224
1 yanvardan İraq və Suriyanın şimalında zərərsizləşdirilən terrorçu sayı

 

  Türkiyənin milli müdafiə naziri Hulusi Akar 1 yanvardan bu günə qədər İraq və Suriyanın şimalındakı əməliyyatlarda bölücü terror təşkilatı PKK-nın 1458 üzvünün zərərsizləşdirildiyini bildirdi.

  Türkiyə Silahlı Qüvvələri (TSQ) Komandanlıq Səviyyə və 10-cu Tanker Baza Komandanlığı, sonra 12-ci Hava Nəqliyyatı Əsas Baza Komandanlığına baş çəkən H.Akar 222-ci Donanma Komandanlığına gedib və hərbi personalla bayramlaşıb. Burada etdiyi çıxışında nazir terrorla mübarizənin sürətinin azalmadığını vurğulayaraq deyib: "1 yanvardan bu günə qədər İraq və Suriyanın şimalındakı əməliyyatlarda bölücü terror təşkilatı PKK-nın 1458 üzvünün zərərsizləşdirilib. Türkiyə Silahlı Qüvvələri bu mübarizəi ən son terrorçu zərərsizləşdirilənə qədər əzm və rəşadətlə davam etdirəcək... Suriyanın İdlib bölgəsində isə 5 martda Rusiya ilə varılan razılaşmadan sonra təmin edilən atəşkəs və sabitliyin qalıcı olmasına səy göstərməkdəyik.”



Әlaqәli Xәbәrlәr