"17 ildə meşə sahəsini 22,6 hektara çıxardıq",R.T.Ərdoğan

Milli Yaşıllaşdırma Günü kampaniyası çərçivəsində bu gün 81 vilayətdə 11 milyon ağac əkiləcək.

1304232
"17 ildə meşə sahəsini 22,6 hektara çıxardıq",R.T.Ərdoğan
erdogan.jpg

Milli Yaşıllaşdırma Günü kampaniyası çərçivəsində bu gün 81 vilayətdə 11 milyon ağac əkiləcək.

Prezident Rəcəb Tayyib Ərdoğan paytaxt Ankarada Batıkent Çakırlar rayonunda keçirilən Milli Yaşıllaşdırma Günü proqramında iştirak edərək vətəndaşlara müraciət edib.  

Çıxışında hədəflərinin zümrüd yaşılı bir Türkiyə mənzərəsi ortaya çıxarmaq olduğunu vurğulayan Ərdoğan tədbirə göstərilən marağın hədəflərini ötərək dünyaya nümunə olacaq kampinayaya çevrildiyini söyləyib.  

Ərdoğan rekordun bu gün Ginnesin Rekordlar Kitabına daxil edilməsi üçün səlahiyyətlilər tərəfindən Çorumdan təqib ediləcəyini və qeydiyyata alınacağını bildirib.

Terror təşkilatı PKK üzvlərinin Bodrumda, Marmarisdə, İzmirdə, Antalyada müxtəlif yerlərdə meşə sahələrini mərhəmətsizcə yandırdığını xatırladan Ərdoğan “Bunu PKK deyilən terror təşkilatı və onun yan qolları açıqladı, “Biz yandırdıq dedilər”. Bunların dərdi ətraf-mühiti qorumaq deyil, başqaları adından Türkiyəni mühəsirəyə almaqdır. Allahın yardımı və millətimizin dəstəyilə bu tələlərin hamısını puça çıxardıq. Hər məsələmizdə olduğu kimi ağacəkmə səfərbərliyimizdə də millətimizlə əl-ələ, çiyin-çiyinə, könül-könülə işləyirik” deyib.

Ərdoğan 17 ildə cəmi 4,5 milyard ağac əkilərək meşə sahəsini 20,8 milyon hektardan 22,6 hektara çıxardıqlarını bildirib.



Әlaqәli Xәbәrlәr