"28 Fevralı mən də yaşadım, nə olduğunu yaxşı bilirəm", R.T.Ərdoğan

Türkiyə siyasi tarixinə "postmodern çevriliş" olaraq düşən 28 Fevral Çevrilişinin 24-cü ili ilə əlaqədar video-mesaj paylaşan R.T.Ərdoğan deyib...

1592213
"28 Fevralı mən də yaşadım, nə olduğunu yaxşı bilirəm", R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çevrilişin bir insanlıq cinayəti olduğunu vurğuladı.

  Türkiyə siyasi tarixinə "postmodern çevriliş" olaraq düşən 28 Fevral Çevrilişinin 24-cü ili ilə əlaqədar video-mesaj paylaşan R.T.Ərdoğan deyib: “Çevriliş bir insanlıq cinayətidir. 28 Fevralı mən də yaşadım, nə olduğunu yaxşı bilirəm.

  28 Fevral dövründə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri idim. Oxuduğum bir şeirə görə haqsız yerə həbsə atıldım. Siyasi həyatımı bitirmək istədilər. Amma bu gün xalqın səsiylə seçilmiş ilk Türkiyə prezidenti vəzifəsini yerinə yetirirəm. Hər cür maneə törətmələrə baxmayaraq, şan və şərəflə əziz millətimə xidmət edirəm."



Әlaqәli Xәbәrlәr