"ABŞ-ın atdığı bu addım səhvdir və bölgəyə edilən xəyanətdir", M.Çavuşoğlu

Xarici İşlər naziri Mövlud Çavuşoğlu vandalizmin də, ifrat səviyyədə gücdən istifadə olunmasının da əleyhinə olduqlarını söylədi.

1104775
"ABŞ-ın atdığı bu addım səhvdir və bölgəyə edilən xəyanətdir", M.Çavuşoğlu

Xarici İşlər naziri Mövlud Çavuşoğlu vandalizmin də, ifrat səviyyədə gücdən istifadə olunmasının da əleyhinə olduqlarını söylədi.

Mövlud Çavuşoğlu paytaxt Ankarada İslahat Əməliyyatı Qrupunun növbəti toplantısına qatıldı.

Nazir Çavuşoğlu toplantıdan sonra keçirilən mətbuat konfransında Fransada başlayıb bəzi Avropa ölkələrinə də yayılan etirazlara və polisin zorakılıqdan istifadə etməsinə toxunaraq, vandalizmin də, ifrat səviyyədən gücdən istifadə edilməsinin də əleyhinə olduqlarını söylədi.

Türkiyə vətəndaşlarının Avropa ölkələrinə vizasız səyahəti məsələsinə də toxunan Çavuşoğlu bildirdi ki, vətəndaşlarımızın Avropaya vizasız səyahət etmək haqqıdır. Haqsız olan viza rejiminin ləğvi üçün fəaliyyətlərimizi davam etdiririk.

Oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda vəhşicəsinə qətlə yetirilən Camal Xaşoqçi cinayətinə də münasibət bildirən Çavuşoğlu: “Ədalətin yerinə yetirilməsi üçün cəhdlərimiz davam edir. Yeni dəlillər və sənədlər ortaya çıxır, bunları bölüşürük. Səudiyyə Ərəbistanıdan indiyədək əməkdaşlıq üçün addım atıldığını görmədik. Amma bu cinayətin işıqlandırılması bütün beynəlxalq ictimaiyyətin gözləntisidir. Bəzi istəklərimizə rədd cavabı verildi. Argentinada keçirilən G20 sammiti zamanı bir çox həmkarımla bu cinayətlə bağlı olaraq birgə müraciət etmə iradəsi ortaya qoyuldu” deyə vurğuladı.  

ABŞ-ın Suriyanın şimalında terror təşkilatı YPG/PKK-ya təmin etdiyi dəstək barədə isə Çavuşoğlu bildirdi ki, əgər ABŞ-ın məqsədi YPG-yə təlim keçməkdirsə bu son dərəcə səhvdir və bölgəyə edilən xəyanətdir. Biz buna göz yuma bilmərik.   



Әlaqәli Xәbәrlәr