Almaniya kansleri Angela Merkel yanvarın 24-də Türkiyəyə səfərə gələcək

Angela Merkel Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla İstanbulda görüşəcək

1342774
Almaniya kansleri Angela Merkel yanvarın 24-də Türkiyəyə səfərə gələcək

 

  Almaniya kansleri Angela Merkel yanvarın 24-də Türkiyəyə səfərə gələcək.

  Almaniya hökumətinin nümayəndəsi Ştefan Saybert ölkənin kansleri Angela Merkelin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla İstanbulda görüşəcəyini bildirib. Onun söylədiyinə görə, görüş zamanı beynəlxalq mövzularla yanaşı ikitərəfli əlaqələr gündəmdə olacaq.

  Səfər çərçivəsində Merkel və Ərdoğan Türkiyə-Almaniya Universiteti şəhərciyinin açılışında iştirak edəcəklər.

  Angela Merkel Türkiyə-Almaniya Ticarət Palatasının dəvətilə Türkiyənin iqtisadi dairələrilə də bir araya gələcək, ölkədəki qeyri-hökumət təşkilatlarının nümayəndələrilə görüşəcək.

 



Әlaqәli Xәbәrlәr