“Anadolu Qartalı - 2021” təlimi Konya şəhərində keçiriləcək

Milli Müdafiə Nazirliyi "Anadolu Qartalı-2021" beynəlxalq taktiki-uçuş təlimində iştirak edəcək ölkələrin Konya şəhərinə gəldiklərini bildirib.

1660683

Nazirliyin "Twitter" hesabından edilən paylaşımda "Anadolu Qartalı-2021 (AE-21)  beynəlxalq taktiki-uçuş təliminin 21 İyun-2 iyul tarixlərində Konyadakı hərbi bazada Komandanlığında keçiriləcəyi qeyd edilib. 

Açıqlamada təlimdə iştirak edəcək ölkələr ilə hava qüvvələrinin personalı və təyyarələrinin Konyaya gəlişlərinin tamamlandığı bildirilib. 
“Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimində Azərbaycan HHQ-nin 2 ədəd MiQ-29 və 2 ədəd Su-25 təyyarələri iştirak edəcək.

Әlaqәli Xәbәrlәr