“Anadolu” xəbər agentiliyinin əməkdaşı Türkiyəyə qayıtdı

Misirdə yanvarın 14-də “Anadolu” xəbər agentiliyinin Qahirədəki ofisinə polislərin basqını zamanı həbs edilən 4 həmkardan sərbəst buraxılan Türkiyə vətəndaşı Hilmi Balcı Türkiyəyə qayıtdı.

1342397

Hilmi Balcı jurnalistlərə verdiyi açıqlamada vətənə qayıtdığına görə məmnunluğunu dilə gətirərək, dövlətin və millətin dəstəyini Misirdə hiss etdiyi deyib.

Qeyd edək ki, “Anadolu” xəbər agentiliynin icra heyəti sədri və baş direktoru Şenol Kazancı yanvarın 16-də axşam “Misirdə saxlanılan 4 həmkarımızdan Hilmi Balcı sərbəst buraxıldı. Digərlərinin də zəmanətlə sərbəst buraxılmalarını gözləyirik” deyə bildirmişdi.

Qeyd edək ki, Türkiyə ilə Misir arasındakı diqlomatik əlaqələr 2013-cü ildən bəridir qarşılıqlı olaraq səfir əvəzi səviyyəsində davam etdirilir.

Misir polisi yanvarın 15-də “Anadolu” agentliyinin Qahirədəki ofisinə basqın edərək 1-i Türkiyə vətəndaşı olmaqla 4 əməkdaşını saxlayaraq, naməlum yerə aparıb.

Әlaqәli Xәbәrlәr