"Bəzi ölkələr terror təşkilatlarına köməklik göstərərək köçü sürətləndirir", S.Soylu

Daxili İşlər naziri Süleyman Soylu bəzi ölkələrin terror təşkilatlarına köməklik göstərərək köçü sürətləndirdiyini bildirdi.

1104715
"Bəzi ölkələr terror təşkilatlarına köməklik göstərərək köçü sürətləndirir", S.Soylu

Daxili İşlər naziri Süleyman Soylu bəzi ölkələrin terror təşkilatlarına köməklik göstərərək köçü sürətləndirdiyini bildirdi.

Soylu Mərakeşin Mərakeş şəhərində keçirilən Qlobal Köç Razılaşması Hökumətlərarası Konfransda Türkiyəni təmsil etdi.

Konfransda çıxış edən Soylu bəzi ölkələrin məcburi köçə səbəb olan siyasətlərini tənqid edərək deyib ki, terror təşkilatlarına silah bağışlamaq beynəlxalq yardım deyildir. Terrorçulara silah təlimi keçmək bir təlim səfərbərliyi, “dron”larla terror aktları həyata keçirmək texnologiya inqilabı, “məndən silah sistemi alsanız cinayətlərinizə göz yumaram” demək də diplomatiya deyildir. Bu il 53 min 860 adamı ölkədən kənarlaşdırdıq, 11 ayda 5 min 522 insan ticarətilə məşğul olanı yaxaladıq. Keçən ilin müvafiq dövrü ilə müqayisədə 56 faiz artım qeydə alındı. Güclü məlumat ötürülməsi, orta və uzun müddətli strateji baxış, həqiqi və humanist siyasətlərlə nizamsız köçün qarşısı alına bilər.

Qeyd edək ki, BMT-yə üzv 150-dən artıq ölkənin iştirak etdiyi konfransda səslərin çoxluğu ilə qəbul edilən “Qlobal Köç Sazişi” bağlandı.

Saziş köçün təhlükəsiz və nizamlı şəkildə reallaşdırılması ilə yanaşı problemə daha yaxşı nəzarət edilməsini əhatə edən mexanizmləri nəzərdə tutur.

Avstriya, Polşa, Çexiya, Estoniya, Bolqarıstan, Xorvatiya, Amerika Birləşmiş Ştatları, Macarıstan, Avstraliya və İsrail qanuni asılılığı olmayan sazişi imzalamayacaqlarını əvvəlcədən elan etmişdi.



Әlaqәli Xәbәrlәr