Banqladeşdə "Covid-19"a yoluxan Türkiyə ailəsi İstanbula gətirildi

Türkiyə vətəndaşı Tuba Ahsansa özü, həyat yoldaşı və uşaqlarında “Covid-19” testinin müsbət çıxdığını Türkiyənin Banqladeş Səfirliyinə bilidirmiş, Səhiyyə Nazirliyindən yardım istəmişdilər

1423231
Banqladeşdə "Covid-19"a yoluxan Türkiyə ailəsi İstanbula gətirildi

 

  Banqladeşdə yaşayan, yeni tip korona virusa (Covid-19) yoluxan, olduqları ölkədə müalicə ala bilməyən ailə Türkiyənin Səhiyyə Nazirliyi tərəfindən göndərilən təcili tibbi yardım təyyarəsilə mayın 24-də İstanbula gətirilib.

  Türkiyə vətəndaşı Tuba Ahsansa özü, həyat yoldaşı və uşaqlarında “Covid-19” testinin müsbət çıxdığını Türkiyənin Banqladeş Səfirliyinə bilidirib, Səhiyyə Nazirliyindən yardım istəyib. Səhiyyə Nazirliyi səfirlik vasitəsilə Banqladeş xəstəxanasından bu ailənin sağlıq vəziyyətini öyrəndikdən sonra hərəkətə keçib.

  Tuba Ahsansa, həyat yoldaşı və uşaqları üçün təcili tibbi yardım təyyarəsi Banqladeşin paytaxtı Dakkaya göndərilib. Xüsusi geyimli tibb işçiləri Ahsansa ailəsini götürüblər. Bütün hazırlıqlardan sonra təyyarə Türkiyə saatı ilə 18.45-də İstanbul Atatürk Havalımanına enib. Təyyarədən endirilən Ahsansa ailəsi 4 ayrı-ayrı təcili yardım maşını ilə İstanbul Tibb Elmləri Universiteti Qanuni Sultan Süleyman Ekperimental və Araşdırma Xəstəxanasına aparılıb.

  Qeyd edək ki, Türkiyə Səhiyyə Nazirliyi 2008-ci ildən bu yana təcili hava tibbi yardımı xidməti göstərir.



Әlaqәli Xәbәrlәr