Əbdülhəmid Gül: "Səudiyyə Ərəbistanı Xaşoqçi cinayəti ilə bağlı konstruktiv mövqe sərgiləmir"

Türkiyənin Ədliyyə naziri Əbdülhəmid Gül Camal Xaşoqçi cinayətinin işıqlandırılması məsələsində Səudiyyə Ərəbistanından konstruktiv hərəkət görmədiklərini, beynəlxalq ictimaiyyət  ilə birlikdə nəticə əldə etməyə çalışacaqlarını bildirdi.

1104020
Əbdülhəmid Gül: "Səudiyyə Ərəbistanı Xaşoqçi cinayəti ilə bağlı konstruktiv mövqe sərgiləmir"

 

 Türkiyənin Ədliyyə naziri Əbdülhəmid Gül Camal Xaşoqçi cinayəti şübhəlilərinin Türkiyəyə verilməsi ilə bağlı tələbin Səudiyyə Ərəbistanı tərəfindən rədd edilməsinə münasibət bildirdi.
 
 Türkiyənin cinayətlə bağlı şübhəlilərin qaytarılması tələbinin Səudiyyə Ərəbistanına hüquqi çərçivədə çatdırıldığını vurğulayan Gül: "Səudiyyə tərəfi bu məsələdə konstruktiv və yardımçı bir mövqe sərgiləməlidir. Lakin elə bir davranış görmədik. Bu səbəbdən  biz beynəlxalq ictimaiyyət  ilə birlikdə nəticə əldə etməyə çalışacağıq" dedi.
 
Ədliyyə naziri hadisənin işıqlandırılması üçün həm beynəlxalq ictimaiyyətin, həm də Səudiyyə Ərəbistanın Türkiyə ilə əməkdaşlıq etməsinin əhəmiyyətini qeyd etdi.
 
 Səudiyyə Ərəbistanının Xaçoqçinin nəşinin tapılmasının da qarşısını aldığını söyləyən nazir: "Xaşoqçinin qətli heç vaxt üstü örtülməyəcək vəhşi bir cinayətdir. Türkiyə işin başından bəri bu təhqiqatı dəqiqliklə davam etdirir" deyə bildirdi.
 
  Xatırladaq ki, Səudiyyə jurnalisti Camal Xaşoqçi oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğuna nikah proseduru üçün getmiş və orada vəhşicəsinə qətlə yetirilmişdi.



Әlaqәli Xәbәrlәr