"Beynəlxalq ictimaiyyət epidemiyanın dağıdıcı təsirlərinin qarşısını ala bilmədi", R.T. Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan Antalya Diplomatiya Forumunda etdiyi çıxışda "Beynəlxalq ictimaiyyət epidemiyanın (yeni növ koronavirus) dağıdıcı təsirlərini idarə etməkdə yaxşı imtahan verə bilmədi" deyib.

1660797
"Beynəlxalq ictimaiyyət epidemiyanın dağıdıcı təsirlərinin qarşısını ala bilmədi", R.T. Ərdoğan

"Beynəlxalq ictimaiyyət epidemiyanın (yeni növ koronavirus) dağıdıcı təsirlərini idarə etməkdə yaxşı imtahan verə bilmədi.
BMT Təhlükəsizlik Şurası (BMT TŞ) tarixin ən böyük sağlıq böhranını 100 gündən sonra gündəminə sala bildi. Epidemiya dövründə edilən səhvlərin təkrar etməməsi üçün peyvənd millətçiliyinə fürsət verilməməsi vacibdir".

Bunu Prezident Rəcəb Tayyib Ərdoğan Antalya Diplomatiya Forumunda etdiyi çıxışda deyib.
Dövlət başçısı Türkiyənin yeni koronavirus (Covid-19) epidemiyası zamanı 158 ölkəyə və 12 beynəlxalq quruma tibbi vəsait göndərdiyini qeyd edərək deyib ki, ilin sonuna qədər tamamlamağı planlaşdırdığımız yerli peyvənd tədqiqatlarımızı insan və universal diqqətlə davam etdiririk. Ümir edirəm ki, yerli peyvəndimizi bütün bəşəriyyətlə bölüşəcəyik. BMT TŞ başda olmaqla qlobal sistemin üzərinə qurulmuş əsas strukturlar həllin deyil, problemin bir hissəsidir. Təxminən 8 milyard insanın taleyi BMT TŞ-nın 5 daimi üzvünün mərhəmətinə buraxıla bilməz. 190 ölkəyə bir müddət üçün masa arxasında oturmaq hüququ verən, ancaq öz taleyi üçün səs verməyən sistem, ədalət yarada bilməz. Ədalətin olmadığı yerdə qarşıdurma, gərginlik və zorakılıq əskik olmaz. Haqqı və ədaləti qorumağa davam edirik, davam edəcəyik.

Prezident çıxışında Türkiyənin 252 xarici nümayəndəliyilə dünyanın 5-ci ən böyük diplomatik şəbəkəsinə sahib ölkə olduğunu da bildirib.

Terrorla mübarizə mövzusunda isə Suriyada fəaliyyət göstərən PKK, YPG və DEAŞ kimi terror təşkilatlarına sahədə mövcudluğunu göstərən ilk ölkənin Türkiyə olduğunu söyləyən dövlət başçısı "DEAŞ-ın 4 min 400 mənsubunu zərərsizləşdirdik. Bu günə qədər 430 min suriyalının ev-eşiklərinə qayıtmasını təmin etdik. Onları çadır həyatından xilas edirik. Briket evlər kimi layihələrə dəstək veririk.

Ölkəmizdə mülki insanları qətlə yetirən qatillərə siyasi status verildi və illərlə qorundu. Cənub sərhədimiz boyunca terror dövləti qurmağa cəhd göstərildi. Suriyada sülh və sabitliyin təmin edilməsi təkcə Türkiyənin deyil, hamımızın məsuliyyətimizdir" deyib.

Prezident Rəcəb Tayyib Ərdoğan "Şərqi Aralıq dənizindəki enerji qaynaqlarının qarşıdurmadan çox işbirliyində təsirli olmasını təmin etmək bizim əlimizdədir. Qarşıdan gələn dövrdə Türkiyənin də daxil olduğu coğrafiyada, Afrikadan Latın Amerikasına Pasifikdən Asiyaya bütün coğrafiyalarda iş birliyini artırmaq istəyirik" deyə vurğulayıb.



Әlaqәli Xәbәrlәr