"Beynəlxalq ictimaiyyət insan hüquqları sahəsində vacib addımlar atmalıdır", R.T.Ərdoğan

Prezident Ərdoğan 10 dekabr- İnsan Hüquqları Günü” günü münasibətilə yaydığı açıqlamada bildirib ki, dünyanın müxtəlif yerlərində xəcalətli insan hüquqları pozuntuları barədə beynəlxalq ictimaiyyətin hələ də atması vacib olan addımları var.

1104188
"Beynəlxalq ictimaiyyət insan hüquqları sahəsində vacib addımlar atmalıdır", R.T.Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan daha bir İnsan Hüquqları Gününün Suriya, İraq, Arakan, Fələstin kimi yerlərdə yaşamaq hüququ daxil ən təməl insan haqlarının gözdən yayındırıldığı, Yəməndə yüz minlərlə uşağın mənfəət toqquşmasına qurban verildiyi bir dövrdə qeyd olunduğunu dilə gətirdi.

Prezident Ərdoğan 10 dekabr- İnsan Hüquqları Günü” günü münasibətilə yaydığı açıqlamada bildirib ki, dünyanın müxtəlif yerlərində xəcalətli insan hüquqları pozuntuları olur. Bununla əlaqəli olaraq beynəlxalq ictimaiyyətin hələ də atması vacib olan addımları var.

Ərdoğan BMT Şurası kimi qlobal təhlükəsizlik, sülh və sabitliyi qorumaqda məsuliyyəti olan təşkilatların ortaya qoyduqları acizliyin insan hüquqları pozuntularının bu səviyyədə yayğınlaşmasının ən əhəmiyyətli səbəblərindən olduğuna diqqət çəkib.

Ərdoğan beynəlxalq ictimaiyyətin səsini ucaltmamasından cəsarət götürən İsrailin Fələstin torpaqlarındakı işğal, köç və zülm siyasətlərini  laqeyd şəkildə davam etdirə bildiyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr