"Bizim müqavilənin bir xüsusiyyəti də ondan ibarətdir ki..." R.T.Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan separatçı terror təşkilatı YPQ/PKK-nın Suriyanın şimalından çəkilməyə başladığını açıqlayıb.

1290514
"Bizim müqavilənin bir xüsusiyyəti də ondan ibarətdir ki..." R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan separatçı terror təşkilatı YPQ/PKK-nın Suriyanın şimalından çəkilməyə başladığını açıqlayıb.

  İstanbulda cümə namazından sonra jurnalistlərə məlumat verən R.T.Ərdoğan deyib:

  “Türkiyə ilə Amerika Birləşmiş Ştatları arasında 17 oktyabrda varılan Türkiyə Silahlı Qüvvələri (TSQ) və Suriya Milli Ordusunun (SMO) Suriyanın şimalında terrorçulara qarşı yeritdiyi “Sülh çeşməsi” hərəkatının müvəqqəti olaraq təxirə salınması ilə bağlı razılıq əldə etdik.

  Bölgədə təxminən 9 gün əməliyyat apardıq. Bundan əvvəl də var idik. Telefon diplomatiyası apardıq: ABŞ prezidenti Donald Tramp, Rusiya prezidenti Vladimir Putin və müxtəlif Avropa ölkələri başçıları ilə müzakirələr apardıq. Dünən (17 oktyabr) həm cənab Trampla telefonda danışdıq, həm də Ankarada ABŞ-ın vitse-prezidenti Mayk Pensin (Mike Pence) rəhbərliyi altında təkbətək və heyətlərarası görüşlərimiz oldu. ABŞ heyətləri mənim təyin etdiyim nümayəndə heyətlərilə görüşdü. Dünən son danışıqlarımız oldu.  

  Heyətlərarası görüş nəticəsində müəyyən etdiyimiz 13 maddəlik birgə bəyanatı dünya ictimaiyyətinə açıqladıq. 120 saatlıq proses artıq başlayıb.

  444 kilometrlik uzun bir məsafə var. 120 saat içərisində buraların azad ediləcəyi məsələsində razılaşdıq.

  Türkiyə ilə rəyasətdə və birlikdə həmrəylik içərisində çalışma qərarı verdik. Daim əlaqə saxlayacağıq. 120 saat uğurla bitər.

  Oktyabrın 22-də cənab Putinlə görüşəcəyik.

  Milli müdafiə nazirimlə da danışdım. Bunların çəkilməyə başladığını dedi.

  Bizim müqavilənin bir xüsusiyyəti də ondan ibarətdir ki, hazırda oradakı təhlükəsizlik qüvvələrimiz meydanı tərk etməyəcək.”



Әlaqәli Xәbәrlәr