Boz kateqoriyada axtarışda olan terrorçu yaxalanıb

Daxili İşlər Nazirliyinin terrorla mübarizə siyahısında boz kateqoriyada axtarışda olan terror təşkilatı PKK üzvü olan terrorçu yaxalanıb.

1660872
Boz kateqoriyada axtarışda olan terrorçu yaxalanıb

Daxili İşlər Nazirliyinin terrorla mübarizə siyahısında boz kateqoriyada axtarışda olan terror təşkilatı PKK üzvü olan terrorçu İslam Biliz Milli Kəşfiyyat Təşkilatı (MİT) və jandarmanın birgə əməliyyatı ilə yaxalanıb.
Ərzurum Valiliyi tərəfindən yayılan açıqlamada terrorçunun 2015-ci ildə terror təşkilatı PKK/KCK-ya qoşulduğu bildirilib.

Açıqlamada İraqın şimalındakı təşkilat düşərgələrində hücum və təxribat təlimi keçdiyi məlum olan terrorçunun Ərzurum-Karayazı mahalının ərazilərilə yanaşı İranda da fəaliyyət göstərdiyi ifadə edilib.

İslam Bilizin terror təşkilatının "Karayazı kənd məsulu" olduğu öyrənilib.



Әlaqәli Xәbәrlәr