"Bu, doğrudan belədir, quru söz deyil", M.Çavuşoğlu

Antalyada Ədalət və İnkişaf Partiyası (AK Partiya) Elmalı qəsəbə konfransında iştirak və çıxış edən M.Çavuşoğlu deyib...

1146942
"Bu, doğrudan belədir, quru söz deyil", M.Çavuşoğlu

  Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ölkənin gücü sayəsində önünə çıxan maneələri aşaraq irəliləməyə davam etdiyini vurğuladı.

  Antalyada Ədalət və İnkişaf Partiyası (AK Partiya) Elmalı qəsəbə konfransında iştirak və çıxış edən M.Çavuşoğlu deyib:

  “Gücün varsa, haqqını müdafiə edərsən, yoxsa edə bilməzsən. Bu gün Türkiyə həm meydanda, həm də masada güclü. Keçmişdə meydanda qazanıb, masada itirirdi. İndi isə masada da güclüyük. Biz doğruların yanındayıq. Kimsənin haqqını yemirik. Məzlumları müdafiə edirik."

  Türkiyə qlobal sistemin çatışmazlıqlarını bütün dünyaya göstərir. Hər kəs bizi dünyanın ən çox humanitar yardım edən ölkəsi kimi tanıyır. Bu, quru söz deyil. 2017-ci ildə Amerika Birləşmiş Ştatları 6,7 milyard, Türkiyə isə 8,1 milyard dollarlıq humanitar yardım edib. Halbuki ABŞ-ın milli gəliri bizdən çoxdur. Bu gün iqtisadi gücümüz - maliyyə sistemi və bank sistemimiz zəif olsaydı, biz valyuta məzənnəsi və faiz hücumlarını qısa müddətdə aradan qaldıra bilməzdik ".



Әlaqәli Xәbәrlәr