"Bu məsələdə hər kəsin ağlını başına yığması iki tərəfin də maraqlarına uyğun olar", H.Akar

H.Akar və komandirlər Hatayın İskenderun bölgəsindəki Dəniz Bazası Komandanlığında və “Aralıq dənizi qalxanı” hərəkatında xidmət edən Barbaros döyüş gəmisinə (freqat) baş çəkib

1422808
"Bu məsələdə hər kəsin ağlını başına yığması iki tərəfin də maraqlarına uyğun olar", H.Akar

 

  Türkiyənin milli müdafiə naziri Hulusi Akar Egey dənizindəki təcavüzü son günlərdə izah etməyin çətinləşdiyini deyib.

  H.Akar və komandirlər Hatayın İskenderun bölgəsindəki Dəniz Bazası Komandanlığında və “Aralıq dənizi qalxanı” hərəkatında xidmət edən Barbaros döyüş gəmisinə (freqat) baş çəkib. Burada etdiyi çıxışında nazir bildirib: "Yaxşı qonşuluq münasibətləri üçün bütün cəhdlərimizə və səbrimizə baxmayaraq, Egey dənizindəki təcavüzü son günlər izah etmək çətinləşib. Çox ciddi təhdid və təxribat hərəkətlərinin Yunanıstana faydası yoxdur. Bunu bir daha bildirmək istəyirəm ki, bu məsələdə hər kəsin ağlını başına yığması iki tərəfin də maraqlarına uyğun olar… Türkiyə bu günə qədər yaşanan hadisələri dialoq və qarşılıqlı anlaşma çərçivəsində həll etməyə, bundan sonra da eyni səyi göstərməyə davam edəcək”.



Әlaqәli Xәbәrlәr