"Bu mövzuda Qətərin də, Türkiyənin də həssaslığı nümunə olmalıdır", M.Çavuşoğlu

VII Türkiyə-Qətər Yüksək Strateji Komitəsi Yığıncağı çərçivəsində Dohada olan Çavuşoğlu Qətər Baş nazirinin müavini və xarici işlər naziri Əbdürrəhman əl-Sani ilə ortaq mətbuat konfransında çıxış ediblər

1743674
"Bu mövzuda Qətərin də, Türkiyənin də həssaslığı nümunə olmalıdır", M.Çavuşoğlu

 

  Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Əfqanıstanda xalqın humanitar köməyə ehtiyacı olduğunun vurğulayaraq "Bu yardımları siyasilərdən müstəqil şəkildə beynəlxalq təşkilatların Əfqanıstan xalqına çatdırması lazımdır. Bu mövzuda Qətərin də, Türkiyənin də həssaslığı nümunə olmalıdır" dedi.

  VII Türkiyə-Qətər Yüksək Strateji Komitəsi Yığıncağının xarici işlər nazirləri səviyyəsindəki hazırlıq iclası çərçivəsində Qətərin paytaxtı Dohada olan Mövlud Çavuşoğlu ilə Qətər Baş nazirinin müavini və xarici işlər naziri Şeyx Məhəmməd ibn Əbdürrəhman əl-Sani təşkil edilən ortaq mətbuat konfransı iştirak və çıxış ediblər.

  Türkiyə və Qətərin müdafiə sənayesi, iqtisadiyyat, təhsil, mədəniyyət və sağlıq kimi sahələrdə əməkdaşlığının dərinləşdiyini vurğulayan Çavuşoğlu deyib: "Regional mövzularda da dost və qardaş Qətərlə həmfikir ölkəyik.

  Əfqanıstandakı şərtləri çox yaxşı bilirik. Qətər daha yaxşı bilir. Qətərın xüsusilə, Əfqanıstanda sülh və razılaşma təmin edilməsi üçün nə qədər səy sərf etdiyini ən yaxından bilənlərdənik.

  Bugünkü şərtlərdə Əfqanıstan xalqının ciddi humanitar yardıma ehtiyacı var. Yardımları siyasilərdən müstəqil bir şəkildə beynəlxalq təşkilatlar Əfqan xalqına çatdırmalımdır. Bu mövzuda Qətərin və Türkiyənin həssaslığı nümunə olmalımdır. İki həftə sonra Pakistanın paytaxtı İslamabadda İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Toplantısında bu varədə də danışacağıq."

  Qətər və Türkiyənin Əfqanıstandakı əməkdaşlığı sayəsində  Türkiyə Qızıl Aypara Cəmiyyəti (Türk Kızılayı) ilə Qətər Qızıl Aypara Cəmiyyətinin yardımları Əfqanıstan xalqına çatdırılır. Hər iki ölkə digər beynəlxalq təşkilatlarla da bu mövzuda koordinasiyalı şəkildə çalışır”.

  Qətər Baş nazirinin müavini və xarici işlər naziri Şeyx Məhəmməd ibn Əbdürrəhman əl-Sani də öz növbəsindəki çıxışında deyib: “Türkiyənin güclü bir iqtisadiyyata malikdir. Bu iqtisadiyyat möhkəm təməllər üzərində qurulub. Türkiyə iqtisadiyyatı içində olduğumuz vəziyyətləri aşa bilməmizi təmin edir.

  Qətərin Türkiyədə böyük sərmayələri var və bu investisiya məhsuldar meyvələr verir."



Әlaqәli Xәbәrlәr