"Diplomatiyaya bu çalxantılı dövrdə hər zamankindən daha çox ehtiyac duyulur", M. Çavuşoğlu

Xarici işlər naziri Mövlud Çavuşoğlu beynəlxalq münasibətlərin dəyişiklik göstərdiyi və qeyri-müəyyən dövrlərindən birinin yaşandığını ifadə edib.

1660864
"Diplomatiyaya bu çalxantılı dövrdə hər zamankindən daha çox ehtiyac duyulur", M. Çavuşoğlu

Xarici işlər naziri Mövlud Çavuşoğlu beynəlxalq münasibətlərin dəyişiklik göstərdiyi və qeyri-müəyyən dövrlərindən birinin yaşandığını ifadə edərək,"Güc balansında davamlı bir dəyişiklik var. Dövlətlər əməkdaşlıqdan əlavə rəqabətdədirlər, hətta mübarizədədirlər" deyib.

Çavuşoğlu Antaliyanın Belek turizm bölgəsində təşkil edilən Antalya Diplomatiya Forumunun (ADF) açılışındakı çıxışında, bir çox insanın yeni növ koronavirus (Covid-19) səbəbiylə həyatını itirdiyini və tarixdə heç bir qlobal pandemiyaya qarşı bəşəriyyətin heç vaxt bu qədər sürətli şəkildə peyvənd hazırlamadığını, Türkiyədən Almaniyaya gedən iki dəyərli elm insanının müvəffəqiyyətinin xaricilərə sağalmaz bir düşmənçilik və qorxu ilə baxanlar üçün də bir dərs olduğunu vurğulayıb.
Çavuşoğlu bunları söyləyib:

"Əslində, biz dövlətlərarası və beynəlxalq münasibətlərin ən çox dəyişdiyi və qeyri-müəyyən dövrlərindən birini yaşayırıq. Güc tarazlığında daim bir dəyişiklik var. Dövlətlər əməkdaşlıqdan əlavə rəqabətdədirlər, hətta mübarizə içərisindədirlər.

Bəşəriyyət hələ də ədalətsizlik, aclıq, quraqlıq, münaqişə, nizamsız köç və epidemiyaların pəncəsində inləyir. Populizm, ksenofobiya və antiislamizm artmaqdadır. İqlim dəyişikliyi və terror hələ də hamımızı sınayır. Başlanan münaqişələrə də son qoyula bilmir".

Çavuşoğlu əsas xarici siyasət oyunçularının tarix boyu çox dəyişmədiyini, ancaq onlarla bunu bölüşən tərəflərin sayının artdığını qeyd edib.

Çavuşoğlu diplomatiyanın bu çalxantılı və çoxtərəfli dövrdə hər zamankindən daha çox ehtiyac duyulan bir siyasi vasitə olduğunu vurğulayıb.



Әlaqәli Xәbәrlәr