"Epidemiya dünyada kimsənin xüsusi imtiyaza malik olmadığını göstərdi", R.T.Ərdoğan

Amerika Birləşmiş Ştatlarındakı müsəlmanlara videolu Ramazan Bayramı mesajı göndərən R.T.Ərdoğan dedi...

1423025
"Epidemiya dünyada kimsənin xüsusi imtiyaza malik olmadığını göstərdi", R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin torpaqlarının kimsəyə peşkeş çəkilməsinə göz yummayacaqlarını söylədi.

  Amerika Birləşmiş Ştatlarındakı müsəlmanlara videolu Ramazan Bayramı mesajı göndərən R.T.Ərdoğan dedi: "Rəbbimdən bu mübarək günlərin amerikalı müsəlmanlar, bütün İslam aləmi və bəşəriyyət üçün dinclik, güvən və barış içində yaşanacaq bir dövrün müjdəçisi olmasını diləyirəm. Yeni tip korona virusu (Covid-19) epidemiyası dünyada heç bir bölgə, xalq və ölkənin xüsusi imtiyaza malik olmadığını göstərdi.

  "Üç dinin müqəddəsi, ilk qibləmiz Qüdsi-Şərifin dünya müsəlmanlarının qırmızı xətti olduğunu bir daha təkrarlamaq istəyirəm. Bu da o deməkdir ki, Fələstin torpaqlarının kimsəyə peşkeş çəkilməsinə göz yummarıq".



Әlaqәli Xәbәrlәr