F. Altun Şәrqi Aralıq dәnizi mәsәlәsi üzrә beynәlxalq konfransda çıxış edib

Kommunikasiya İdarәsinin rәhbәri Fәxrәddin Altun Türkiyәnin hәr zaman diplomatiyanın tәrәfdarı olduğunu söylәyib.

1496770
F. Altun Şәrqi Aralıq dәnizi mәsәlәsi üzrә beynәlxalq konfransda çıxış edib

 

Kommunikasiya İdarәsinin rәhbәri Fәxrәddin Altun Türkiyәnin hәr zaman diplomatiyanın tәrәfdarı olduğunu söylәyib.

Kommunikasiya İdarәsinin tәşkilatçılığı ilә Şәrqi Aralıq dәnizi mәsәlәsi  üzrә beynәlxalq konfrans keçirildi. Mәlumata görә,Kommunikasiya İdarәsinin rәhbәri Fәxrәddin Altun videokonfrans formatında baş tutan konfransda açılış nitqi ilә çıxış edib. Fәxrәddin Altun çıxışında deyib: ‘‘Başqaları buranı ‘‘növbәti qarşıdurma nöqtәsi’’  olaraq qiymәtlәndirir. Şәrqi Aralıq dәnizi Türkiyә üçün Mavi Vәtәnimizin bir parçasını tәşkil edir’’.

Türkiyәnin son aylarda dünyaya çox dәqiq bir mesaj verdiyini bildirәn Altun bildirib ki, beynәlxalq hüququn bizim yanımızda olduğunu bilirik. Sәsi әn çox çixanın hәr zaman haqlı olmadığını yaxşı bilirik. Bu sәbәbdәn Türkiyә prezidenti Cәnab Rәcәb Tayyib Әrdoğanın liderliyi ilә  hәr zaman diplomatiyanın tәrәfdarıdır’’.

Altun prezident Әrdoğanın qәtiyyәti vә NATO-nun Baş katibi Yens Stoltenberq, Almaniya kansleri Angela Merkel vә  Avropa İttifaqı Şurasının sәdri Şarl Mişelin yardımları  ilә dialoq vә diplomatiyaya zәmin hazırlandığını söylәyib.

Yunanıstan ilә araşdırma görüşlәrinin başlamasından mәmnun olduğunu, çünki diplomatiyanın hәr zaman doğru yol olduğunu bildirәn Altun deyib: ‘‘Qarşıdakı günlәrdә Şәrqi Aralıq dәnizindәki  gәrginliyin sәviyyәsi azaldılmalıdır. Әdalәtli vә davamlı hәll yolu üçün әldә olunan ilәlilәyişi birlikdә qorumalıyıq’’.

 



Әlaqәli Xәbәrlәr