Fәxrәddin Altun İsveç XİN rәhbәrinin bәyanatına münasibәt bildirib

Rәsmi internet sәhifәsindә paylaşım edәn Fәxrәddin Altun İsveçin PKK-nın təbliğatını, dırnaqarası hәrbçi toplama cəhdlərini dayandırmaq üçün heç bir səy göstərmədiyini bildirib.

1829933
Fәxrәddin Altun İsveç XİN rәhbәrinin bәyanatına münasibәt bildirib

Türkiyә Prezidenti Administrasiyasının İctimaiyyәtlә Әlaqәlәr İdarәsinin rәhbәri Fәxrәddin Altun  İsveç xarici işlər naziri Ann Lindenin ölkəsinin Türkiyədən sonra separatçı terror təşkilatı PKK-nı terror təşkilatı siyahısına daxil edәn  ilk ölkə olduğu  və bu mövqenin dəyişmədiyi ilə bağlı açıqlamasına reaksiya verib.

Rәsmi internet sәhifәsindә paylaşım edәn Fәxrәddin Altun İsveçin PKK-nın təbliğatını, dırnaqarası hәrbçi toplama cəhdlərini dayandırmaq üçün heç bir səy göstərmədiyini bildirib.

"İsveç Türkiyədə digәr hücumlarla yanaşı, intihar hücumları həyata keçirən terrorçuları da  silahlandırır. Dürüstlük ən yaxşı siyasətdir. Gözümüzün içinə baxırsınız və yalan danışmağa davam edirsiniz. Terror təşkilatı PKK-ya dəstək verməyə davam edirsiniz. Əgər İsveç həqiqətən də PKK-nı terror tәşkilatı olaraq qәbul edirsә lazımi addımları atmalıdır’’,-deyә Türkiyә Prezidenti Administrasiyasının İctimaiyyәtlә Әlaqәlәr İdarәsinin rәhbәri qeyd edib.



Әlaqәli Xәbәrlәr