"Fatih" İstanbul Boğazından Qaradənizə açılmağı gözləyir

... Qaradəniz səfərindən əvvəl son hazırlıqların görüldüyü gəmi yaxın günlərdə İstanbul Boğazını keçərək Qaradənizə açılacaq

1423332
"Fatih" İstanbul Boğazından Qaradənizə açılmağı gözləyir

 

  Qaradənizdə xidmət göstərəcək “Fatih” qazma gəmisinin platformasökmə işləri tamamlandı.

  Türkiyə Neftləri Anonim Ortaqlığı şirkətinin 229 metr uzunluqda və 51 min 283 qroston ağırlığında olan qazma gəmisi “Fatih” Qaradənizdə başlayacağı qazma fəaliyyətlərindən əvvəl İstanbul Haydarpaşa Limanına üzmüşdü. Gəminin İstanbul Boğazından keçə bilməsi üçün üzərində olan platformanın sökülməsi başlanmışdı.

   Haydarpaşa Limanında lövbər atan gəminin platformasökmə işləri neçə müddətdir nəhəng vincin köməyilə davam edirdi. Mayın 25-ində işlər sona yetdi: gəminin platforması sökülərək bərə üzərinə yerləşdirildi.

  Haydarpaşa Limanından ayrılan “Fatih” qazma gəmisi Ahırkapı sahillərində qurudan təxminən 2 kilometr yarım aralıda lövbər atıb.

  Qaradəniz səfərindən əvvəl son hazırlıqların görüldüyü gəmi yaxın günlərdə İstanbul Boğazını keçərək Qaradənizə açılacaq.



Әlaqәli Xәbәrlәr