Fuad Oqtay milli həmrəylik kampaniyasına dəstək verilməsi ilə bağlı çağırış edib

Bu barədə Fuad Oqtay şəxsi ''Twitter'' səhifəsində yazıb.

1387974
Fuad Oqtay milli həmrəylik kampaniyasına dəstək verilməsi ilə bağlı çağırış edib

Türkiyə prezidentinin köməkçisi Fuad Oqtay ölkə prezidenti  Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə başlanan milli həmrəylik kampaniyasına dəstək verilməsi ilə əlaqədar çağırış edib.
Bu barədə Fuad Oqtay şəxsi ''Twitter'' səhifəsində yazıb.
Fuad Oqtay deyib: "Məqsədimiz görülən tədbirlər səbəbi ilə vətəndaşlarımıza əlavə dəstək göstərməkdir. Bütün vətəndaşlarımızı və xüsusən iş adamlarımızı kampaniyaya dəstək olmağa dəvət edirik" .

Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca da milli həmrəylik kampaniyası ilə bağlı çağırış edib.

Şəxsi ''Twitter'' səhifəsində açıqlama verən Fəxrəddin Koca deyib: ''Xahiş edirəm maddi cəhətdən dəstəyə ehtiyacı olan aztəminatlı ailələrə dəstək verin''.

 

 



Әlaqәli Xәbәrlәr