İbrahim Eren:''TRT-nin mövqeyi sәssizlәrin sәsi olmaqdır''

İbrahim Eren bildirib ki, sәssizlәrin sәsi olmaq TRT-nin mövqeyidir. Bu hәssaslıqla ‘‘TRT World Forum’’u yaratdıq.

1537705
İbrahim Eren:''TRT-nin mövqeyi sәssizlәrin sәsi olmaqdır''

Türkiyә Radio vә Televiziya Qurumunun baş direktoru İbrahim Eren ‘‘Pandemiyadan sonra dünyada beynәlxalq nizam vә dәyişәn dinamikalar’’ başlığı ilә bu gün başlayan vә  növ koronavirus epidemiyası sәbәbindәn onlayn qaydada keçirilәn ‘‘TRT World Forum’’un açılış mәrasimindә çıxış edib.

İbrahim Eren bildirib ki, ‘‘TRT World Forum’’un mәqsәdi ictimai rәyi formalaşdıran liderlәrә, siyasәtçilәrә vә qeyri-hökumәt tәşkilatlarının nümayәndәlәrinә әn әhәmiyyәtli mövzuları hәr cәhәtdәn müzakirә etmәlәrinә imkan yaradacaq platforma tәmin etmәkdir.

‘‘TRT World Forum’’un tәşkil edildiyi ilk  gündәn etibarәn qlobal cәmiyyәtin üzvü olaraq eyni gәmidә olduqlarını vurğulamaq üçün ciddi sәylәr göstәrdiklәrini ifadә edәn İbrahim Eren deyib:  ‘‘Eyni zamanda bәzi sәslәrin digәrlәri ilә müqayisәdә daha ucadan çıxdığını ifadә etdik. Bu sәbәbdәn bütün mövzularda illәrdir görmәzlikdәn gәlinәn vә eşidilmәyәni eşitdirmәk üçün sәylәr göstәrdik’’.

İbrahim Eren bildirib ki, sәssizlәrin sәsi olmaq TRT-nin mövqeyidir. Bu hәssaslıqla ‘‘TRT World Forum’’u yaratdıq.

TRT-ni baş direktoru prezident Rәcәb Tayyib Әrdoğan başda olmaqla foruma qatılan hәr kәsә tәşәkkür edib.



Әlaqәli Xәbәrlәr