İbrahim Kalın BBC-yә müsahibә verib

Prezident Aparatının sözçüsü İbrahim Kalın Türkiyәnin Suriyanın şimalında yaratmaq istәdiyi tәhlükәsiz bölgәnin  heç bir şәkildә terror tәşkilatı DEAŞ ilә mübarizәyә zәrәr vermәyәcәyini bildirib.

1289060
İbrahim Kalın BBC-yә müsahibә verib

 

 

Prezident Aparatının sözçüsü İbrahim Kalın Türkiyәnin Suriyanın şimalında yaratmaq istәdiyi tәhlükәsiz bölgәnin  heç bir şәkildә terror tәşkilatı DEAŞ ilә mübarizәyә zәrәr vermәyәcәyini bildirib.

BBC-yә müsahibә verәn İbrahim Kalın  Türkiyənin cənub sərhədində yaradılmağa çalışılan terror dəhlizini yox etmək, bölgəyə sülh və əmin-amanlıq gətirmək məqsədilə başlanılan ‘‘Sülh çeşmәsi’’ әmәliyyatı ilә bağlı bəyanatlar verib.

Türkiyənin yaratmaq  istədiyi təhlükəsiz bölgәnin heç bir şəkildə terror təşkilatı DEAŞ ilə mübarizəyə zərər verməyəcəyini vurğulayan İbrahim Kalın deyib: ‘‘Biz  Cerablusta DEAŞ ilə mübarizə aparmışıq.  5 mindən çox terrorçunu  həbs etdik. 8 mindən çox terrorçunu  da ekstradisiya və ya deportasiya etdik. Cerablusta isә 3 minәdәk terrorçunu zәrәrsizlәşdirdik. DEAŞ-ı tamamilә mәhv etmәk üçün fәaliyyәtlәrimizi davam etdirәcәyik.  İraqda, Suriyada və ya başqa bir yerdə".

Suriya xalqının və suriyalı qaçqınların təhlükəsizliyi üçün digər ölkələrdən daha çox şey göstәrәn  Türkiyənin  4 milyona yaxın suriyalı qaçqınlara ev sahibliyi etdiyini xatırladan İbrahim Kalın qeyd edib ki, DEAŞ-a qarşı mübarizə davam edəcək. Bundan başqa, DEAŞ әleyhinә mübarizә aparan beynәlxalq koalisiya ilә әmәkdaşlıq etmәyә davam edәcәyik. Avropa, Amerika, İran, Ərəb ölkələri, Rusiya və digərləri ilә. Çünki DEAŞ ümumi düşməndir. Terror tәşkilatı DEAŞ-a qarşı  mübarizə aparmışıq və aparmağa da davam edəcəyik.



Әlaqәli Xәbәrlәr