İbrahim Kalın әhәmiyyәtli bәyanatlar verib

Türkiyә Prezident Aparatının sözçüsü İbrahim Kalın Nazirlәr Kabinetinin yığıncağından sonra әhәmiyyәtli  açıqlamalar verib.

1289631
İbrahim Kalın әhәmiyyәtli bәyanatlar verib

 

Türkiyә Prezident Aparatının sözçüsü İbrahim Kalın Nazirlәr Kabinetinin yığıncağından sonra әhәmiyyәtli  açıqlamalar verib. İbrahim Kalın Türkiyә Silahlı Qüvvәlәri tәrәfindәn Fәrat çayının şәrqindә keçirilәn ‘‘Sülh çeşmәsi’’ әmәliyyatının bir çox  oyunu pozduğunu söylәyib.

İbrahim Kalın ‘‘Sülh çeşmәsi’’ әmәliyyatını qaralamağa çalışanların  mövqe itirdiyi üçün hirsli olduqlarını bildirib.

Türkiyәnin Suriyadakı kürd qardaşları ilә terrorçuları eynilәşdirmәdiyini vurğulayan İbrahim Kalın DEAŞ-a qarşı mübarizәnin qәtiyyәtlә davam etdirilәcәyini deyib.

DEAŞ-la  mübarizənin yalnız Türkiyənin səlahiyyətində olmadığını ifadә edәn İbrahim Kalın qeyd edib ki, Türkiyәni ‘‘Sülh çeşmәsi’’ әmәliyyatı mövzusunda tәnqid edәnlәrә DEAŞ terrorçularını kimlәrin azad etdiyini soruşmaq әn tәbii haqqımızdır.

Әmәliyyatın qәtiyyәtlә davam etdirilәcәyini qeyd edәn İbrahim Kalın deyib: ‘‘Hәdәfimiz  sərhədimizi terrordan tamamilə təmizləməkdir".

İbrahim Kalın qeyd edib ki, Suriyanın  demoqrafik quruluşunu pozan  nə Türkiyədir, nə də ‘‘Sülh çeşmәsi’’ әmәliyyatıdır. Bölgәnin demoqrafik quruluşunu pozan separatçı terror tәşkilatı  YPQ/PYD-dir.

İbrahim Kalın həmçinin  Türkiyənin Əsəd rejimi ilә  rəsmi görüşü olmadığını sözlәrinә әlavә edib.



Әlaqәli Xәbәrlәr