İstanbulda 20 Yanvar faciəsinin səbəb, nəticə və əhəmiyyəti müzakirə olundu

Məlumatı İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin İctimaiyyətlə Əlaqələr departamenti verib.

1344045
İstanbulda 20 Yanvar faciəsinin səbəb, nəticə və əhəmiyyəti müzakirə olundu
20 Yanvar (7).jpg
20 Yanvar (8).jpg
20 Yanvar_Gökmen Kılıçoğlu (6).jpg
20 Yanvar_Halil Bal (5).jpg
20 Yanvar_Mehdi Genceli (4).jpg

 

  Türkiyənin İstanbul şəhərində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar olaraq İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi, Xəzər Folklor Təlim və Tədqiqat Mərkəzi (Hazarfem) və Türk Dünyası Araşdırmaları Fondunun Gənclər Təşkilatı tərəfindən konfrans keçirilib. Məlumatı İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin İctimaiyyətlə Əlaqələr departamenti verib.

  Tədbirdə Azərbaycanın İstanbuldakı Azərbaycan Baş Konsulluğunun əməkdaşları, elm və mədəniyyət xadimləri, tanınmış ziyalılar, tələbələr və media nümayəndələri iştirak ediblər.

  Əvvəlcə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Türkiyə və Azərbaycanın dövlət himnləri səsləndirilib.

  Aparıcılar Afaq Ağayeva və Berk Gündüz iştirakçıları 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə törədilmiş faciə haqqında məlumatlandırıblar.

  İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin sədri Anar Can Kıtay 20 Yanvar hadisəsinin gənclər üçün daşıdığı önəmini vurğulayaraq bu şanlı günün Azərbaycanın tarixində çox mühüm yerə malik olduğunu diqqətə çatdırıb. O, 20 Yanvar tarixində Azərbaycan xalqına qarşı törədilmiş və əsl məqsədi milli azadlıq istəyini boğmaq olan bu cinayətə qarşı xalqın iradəsinin ortaya qoyulduğu və özünü bütün dünyaya mübariz və müstəqil millət olaraq sübut etdiyini söyləyib.

  Xəzər Folklor Təlim və Tədqiqat Mərkəzi (Hazarfem) sədri Nuran Acar da 20 Yanvar faciəsininin qəhrəmanlıq dastanı olduğunu və Qanlı Yanvar şəhidlərinin əziz xatirəsinin bütün türk dünyasının qəlbində daim yaşayacağını bildirib.

  Türk Dünyası Araşdırmaları Fondu Gənclər Təşkilatının sədri Emre Akar çıxışında 20 Yanvar faciəsi ilə bağlı Türkiyə gənclərinin düşündüklərini dilə gətirib.

  Azərbaycanın İstanbuldakı baş konsulu Xəyyam Daşdəmirov tədbir təşkilatçılarına xüsusi təşəkkür edərək 20 Yanvar faciəsinin səbəb və məqsədlərindən ətraflı bəhs edib.

  Mərasimdə 20 Yanvar faciəsini əks etdirən videoçarx da nümayiş olunub.

  Tədbir İstanbul Universitetinin professoru Xəlil Bal, Mərmərə Universitetinin müəllimi Mehdi Gəncəli və Düzce Universitetinin müəllimi Gökmen Kılıçoğlunun məruzələri ilə davam edib. Alimlər 20 Yanvar faciəsini tarixi, ədəbi və siyasi aspektlərini dəyərləndirərək iştirakçılara dolğun məlumatlar verib və sualları cavablandırıblar.

  Sonda məruzəçilərə təşəkkür plaketləri təqdim edilib və iştirakçılara 20 Yanvar şəhidlərinin əziz xatirəsinə ehsan verilib.



Әlaqәli Xәbәrlәr