M.Çavuşoğlu: “Ermənistan Azərbaycanın xoş niyyətli yaxınlaşmalarına cavab verməlidir”

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu bildirib ki, Ermənistan Azərbaycanın xoş niyyətli yaxınlaşmalara cavab verməlidir.

1829466

Mövlud Çavuşoğlu Birlәşmiş Millәtlәr Tәşkilatının beynәlxalq miqrasiya ilә bağlı forumundan sonra azәrbaycanlı jurnalistlәrin suallarını cavablandırıb.

Türkiyәnin xarici işlәr naziri qeyd edib ki, Azərbaycan qazandığı qələbədən sonra bölgədə sülh və əmin-amanlıq istədiyini dünyaya göstərib, Ermənistana hərtərəfli sülh sazişi təklif edib.

Sonra sərhədlərin müəyyənləşdirilməsi üzrə birgə komissiyanın yaradılması gündəmə gəlib, Brüsseldə keçirilən görüşlərdə bu məsələlərlə bağlı razılıq əldə edilib, birgə sərhəd komissiyası yaradılıb.

Azərbaycan da Türkiyə ilə Ermənistan arasında danışıqları dəstəkləyir və bu müsbət haldır.

Mövlud Çavuşoğlu deyib: "Biz həmişə deyirik və təşviq edirik ki, Ermənistan da bu xoşməramlı yaxınlaşmalara cavab versin. Ermənistan administrasiyası daxilindəki radikallar, xaricdə isə diasporun təzyiqi altındadır’’

Әlaqәli Xәbәrlәr