M.Çavuşoğlu: “Sülh çeşməsi” əməliyyatı dayandırılmayıb, sadəcə prosesə müvəqqəti ara verilib''

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Fərat çayının şərqində aparılan ''Sülh çeşməsi'' əməliyyatına 5 gün fasilə veriləcəyini açıqlayıb.

1290022
M.Çavuşoğlu: “Sülh çeşməsi” əməliyyatı dayandırılmayıb, sadəcə prosesə müvəqqəti ara verilib''

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Fərat çayının şərqində aparılan ''Sülh çeşməsi'' əməliyyatına  5 gün fasilə veriləcəyini açıqladı.
  M.Çavuşoğlu bildirib ki, “Bu, atəşkəs deyil, sadəcə prosesə müvəqqəti ara verilib. Beş gün ərzində separatçı terror təşkilatı PKK-nın Suriya qolu PYD Türkiyə-Suriya-İraq sərhədindən geri çəkilməlidir”.

  Mövlud  Çavuşoğlu Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Mayk Pensin rəhbərlik etdiyi nümayəndə heyətilə keçirilən toplantılardan sonra təşkil edilən mətbuat konfransında çıxış edib.

   ABŞ nümayəndə heyəti ilə PYD terrorçularının bölgədən çıxarılması, ağır silahların toplanması və mövqelərinin məhv edilməsi məsələsində razılığa gəlindiyini bildirən Çavuşoğlu qeyd edib ki, Amerika ilə Fərat çayının şərqində DAEŞ-ə qarşı mübarizə məsələsində də əməkdaşlıq olacaq.

  Xatırladaq ki, Türkiyənin cənub sərhədində yaradılmağa çalışılan terror dəhlizini yox etmək, bölgəyə sülh və əmin-amanlıq gətirmək məqsədilə oktyabrın 9-da Fәrat çayının şәrqindә '‘Sülh çәşmәsi’’ әmәliyyatına start verilib.

  Türkiyə prezidenti  Rəcəb Tayyib Ərdoğan əməliyyatla bağlı danışıqlar aparmaq üçün paytaxt Ankaraya gələn ABŞ-ın vitse-prezidenti Mayk Penslə təkbətək görüşüb, daha sonra eyni mövzu ilə bağlı keçirilən heyətlərarası iclasa sədrlik edib. İclasdan sonra açıqlama verən Mayk Pens Türkiyənin ''Sülh çeşməsi'' əməliyyatını 120 saatlıq dayandıracağı və bu müddətdə ABŞ-ın YPQ-nin təhlükəsiz bölgədən çıxmasının təmin edəcəyini deyib. O, Türkiyə və ABŞ-ın toplantıda Suriyanın şimal-şərqinin DAEŞ-dən təmizlənməsi məsələsində razılıq əldə etdiyini  bildirib.
  Danışıqlardan sonra şəxsi internet səhifəsindən açıqlama verən ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.



Әlaqәli Xәbәrlәr