“Maraş bölgəsi sənədlərin işığında ədalətin təmin edilməsindən sonra istifadəyə açılacaq”, F.Oqtay

Prezident müavini Fuad Oqtay Şimali Kıbrıs Türk Cümhuriyyətində (ŞKTC) bağlı olan Maraş bölgəsinin tarixi sənədlər işığında ədalətli şəkildə əmlakın geri qaytarılması təmin edilərək istifadəyə açılacağını söylədi.

1273515
“Maraş bölgəsi sənədlərin işığında ədalətin təmin edilməsindən sonra istifadəyə açılacaq”, F.Oqtay
fuat oktay kibris panel1.jpg

Prezident müavini Fuad Oqtay Şimali Kıbrıs Türk Cümhuriyyətində (ŞKTC) bağlı olan Maraş bölgəsinin tarixi sənədlər işığında ədalətli şəkildə əmlakın geri qaytarılması təmin edilərək istifadəyə açılacağını söylədi.

Oqtay paytaxt Ankarada keçirilən “Kıbrısda Son Söz” panelində etdiyi çıxışda bağlı olan Maraşda ŞKTC hökuməti tərəfindən davam etdirilən, Türkiyənin də dəstəklədiyi invantarlaşdırma fəaliyyətlərinin nəticəsində ərazilərin böyük əksəriyətinin vəqf əmlakı olduğunun müəyyən edildiyini söylədi.

Bu vəqf ərazilərinin 1950-ci illərdə ingilis müstəmləkəsi tərəfindən hüquqa zidd şəkildə şəxslərə təhvil verildiyini və arxivlərdə bu hüquqsuzluğun sənədlərinin mövcud olduğunu qeyd edən Oqtay “Bağlı olan Maraş bölgəsi tarixi sənədlər işığında ədalətli şəkildə əmlakın təhvili təmin edilərək istifadəyə açılacaq. Hər kəs arxayın olsun; məsələni çıxılmaz vəziyyətə gətirənlərə qarşı Kıbrıs Türk xalqının buna məhkum edilməsinə icazə vermərik” dedi.

Fuad Oqtay hazırda Kıbrıslı Türkləri adada faktiki bir azlıq kimi göstərməyə cəhd göstərən rum düşüncəsinin keçmişdən bəridir dəyişmədiyinin aydın olduğunu bildirərək, bütün xəbərdarlıqlara baxmayaraq, Kıbrıs Rum İdarəsinin illərdir Kıbrıs Türklərinin təbii sərvətlər üzərindəki bərabər haqlarını gözdən yayındıraraq karbohidrogen qaynaqlarını bir başına işlətməyə cəhd göstərməsinin bunun ən konkret təzahürü olduğuna diqqət çəkdi.

BMT, Aİ və Avropa Şurası kimi hər fürsətdə bərabərlik, demokratiya və insan haqlarından dəm vuran beynəlxalq təşkilatları artıq daha çox vaxt itirmədən Kıbrıs Türk xalqına tətbiq edilən haqsız təcridə dəqiq şəkildə son qoymağa dəvət edən Fuad Oqtay “Kıbrıs türkünün hüququ, azadlığı və təhlükəsizliyi bizim milli məsələmizdir və həm beynəlxalq, həm də ölkə daxilindəki  platformalarda dünyanın vicdanına Şimali Kıbrıs Türk Cümhuriyətinin haqlı mübarizəsini hayqırmağa davam edəcəyik” dedi.



Әlaqәli Xәbәrlәr