Milli Tәhlükәsizlik Şurasının iclasından sonra bәyanat verilib

Milli Tәhlükәsizlik Şurasının iclasında Türk xalqının bundan sonra da quru, dәniz vә havadakı haqq vә maraqlarından imtina etmәyәcәyi bildirilib.

1496912
Milli Tәhlükәsizlik Şurasının iclasından sonra bәyanat verilib

 

Milli Tәhlükәsizlik Şurasının iclasında Türk xalqının bundan sonra da quru, dәniz vә havadakı haqq vә maraqlarından imtina etmәyәcәyi bildirilib.

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğanın sәdrliyi ilә Prezident İqamәtgahında keçirilәn Milli Tәhlükәsizlik Şurasının iclasından sonra bәyanat yayımlanıb.

Bәyanatda  PKK/KCK-PYD/YPG, FETÖ vә DEAŞ başda olmaqla milli birliyә, bәrabәrliyә vә Türkiyәnin mövcudluğuna tәhdid tәşkil edәn bütün terror tәşkilatlarına qarşı ölkә daxilindә vә xaricindә müvәffәqiyyәtlә aparılan әmәliyyatlar haqqında şuraya mәlumat verildiyi bildirilib.

Şәrqi Aralıq dәnizindәki proseslәrin müzakirә olunduğu bildirilәn bәyanatda bu ifadәlәrә yer verilib: ‘‘Türk xalqının bu günәdәk olduğu kimi bundan sonra da quru, dәniz vә havadakı haqq vә maraqlarından imtina etmәyәcәyi bir daha dilә gәtirilib.Qeyri-hәrbi statusa malik adalara silah daşınması başda olmaqla beynәlxalq hüquq normaları vә müqavilәlәrә zidd hәrәkәt edәn ölkәlәrә yalnış addım atmamaları ilә әlaqәdar çağırış edilib, bölgәdәki tәbii sәvәtlәrin әdalәtli bir şәkildә paylanması mәsәlәsindә  Türkiyәnin hәr platformada dialoqun tәrәfdarı olduğu ifadә edilib. Regional vә qlobal münaqişәdә hәr zaman haqqın vә әdalәtin yanında yer alan Türkiyәnin Şәrqi Aralıq dәnizi ilә bağlı mövqeyinin dә eyni çәrçivәdә hәyata keçirildiyi vurğulanıb, hәmçinin Avropa İttifaqı başda olmaqla bütün qurumlara vә münaqişәyә müdaxilә edәn dövlәtlәrә ölkәmizin bu prinsipial mövqeyinә vә Şimali Kıbrıs Türk Cümhuriyyәtinin haqq vә maraqlarına hörmәt göstәrilmәsi ilә әlaqәdar çağırışlar edilib’’.

Suriya vә Liviyadakı proseslәrә dә  toxunulan bәyanatda deyilir: ‘‘Suriya vә Liviyada terrorla mübarizә vә sabitliyin tәmin olunmasına dәstәk verәn Türkiyәnin bu ölkәlәrdә sülhün vә rifahın tәmin olunması ilә bağlı mövqeyini davam etdirәcәyi bildirilib’’.

 



Әlaqәli Xәbәrlәr