Mövlud Çavuşoğlu Macarıstanın baş naziri ilə görüşdü

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Macarıstanın paytaxtı Budapeştdə bu ölkənin baş naziri Viktor Orban tərəfindən qəbul edildi.

1273027
Mövlud Çavuşoğlu Macarıstanın baş naziri ilə görüşdü

 

Ötən gün Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının (Türk Keneşi-Türk Şurası) Avropa ofisinin açılışında iştirak etmək üçün Macarıstana səfər edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu paytaxt  Budapeştdə bu ölkənin baş naziri Viktor Orbanla görüşdü.

 Macarıstan Nazirlər Kabinetinin binasında keçirilən görüş mətbuata qapalı keçirildi.

  Çavuşoğlu görüşdən sonra "Twitter" hesabından bölüşdüyü ismarışında: "Macaristan baş naziri Viktor Orbana Budapeştdə Türk Şurasının Nümayəndəlik Ofisinin açılmasına verdiyi dəstəyə görə təşəkkür edirik" ifadəsini işlətdi.



Әlaqәli Xәbәrlәr