Mövlud Çavuşoğlu Pelosiyə reaksiya verib

Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ Nümayəndələr Palatasının spikeri, demokrat Nensi Pelosiyə Türkiyə ilə əlaqəli sözləri səbəbindən reaksiya verib.

1497261
Mövlud Çavuşoğlu Pelosiyə reaksiya verib

Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ Nümayəndələr Palatasının spikeri, demokrat Nensi Pelosiyə Türkiyə ilə əlaqəli sözləri səbəbindən reaksiya verib.
Çavuşoğlunun "Twitter" hesabından həm ingilis, həm də türk dilində yazdığı paylaşmalarda "Pelosinin nümunəvi cəhaləti ilə ABŞ Nümayəndələr Palatası spikerliyinə qədər yüksəlməsi əsas Amerika demokratiyası üçün narahatlıq doğurur. Türk Millətinin iradəsinə hörmət etməyi öyrənəcəksiniz" deyib.
Çavuşoğlu ingilis dilindəki paylaşmasında həm Pelosini, həm də ABŞ Prezidenti Donald Trampı etiketləyib. 
ABŞ-ın qanunverici orqanı Konqresin alt palatası Nümayəndələr Palatası Demokratik spikeri Pelosi prezident Donald Trampın seçkilərdə itirsə vəzifəni sülhməqsədli şəkildə təhvil verib verməyəcəyi  ilə əlaqəli suallara cavab verməkdən imtina etməsinə "Cənab Prezident Şimali Koreyada deyilsiniz; Türkiyədə deyilsiniz;  Rusiyada deyilsiniz: Səudiyyə Ərəbistanında deyilsiniz. Burası ABŞ, bura bir demokratiya" deyərək reaksiya verib.
Pelosi həmçinin "Rusiya Prezidenti Putin, Şimali Koreya lideri Kim Yonq-un və Prezident Rəcəb Tayyib Ərdoğanı nümunə göstərərək, "Tramp hökumətdəki rolunu uzun müddət uzadanlara heyrandır" ifadələrini də işlədib.



Әlaqәli Xәbәrlәr