Mövlud Çavuşoğlu Ruandanın yeni xarici işlər nazirini təbrik etdi

Xarici işlər naziri Mövlud Çavuşoğlu Ruandanın yeni təyin olunan xarici işlər naziri Vinsent Birutanı təbrik etdi.

1304304
Mövlud Çavuşoğlu Ruandanın yeni xarici işlər nazirini təbrik etdi

Xarici işlər naziri Mövlud Çavuşoğlu Ruandanın yeni təyin olunan xarici işlər naziri Vinsent Birutanı təbrik etdi.

Diplomatik qaynaqlardan əldə edilən məlumata görə, Çavuşoğlu Biruta ilə telefonla danışıb.

Çavuşoğlu telefon danışığında xarici işlər naziri olaraq vəzifəyə başlayan Birutaya yeni vəzifəsinə görə təbriklərini çatdırıb.

Ruandanın dövlət başçısı Paul Kagame keçən həftə kabinetdə etdiyi dəyişiklikdə ekologiya naziri Birutanı xarici işlər və beynəlxalq əməkdaşlıq naziri olaraq vəzifələndirmişdi.



Әlaqәli Xәbәrlәr