Mövlud Çavuşoğlu TBMM-dә çıxış edib

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu Türkiyә Böyük  Milli Mәclisindә çıxış edib.

1289219
Mövlud Çavuşoğlu TBMM-dә çıxış edib

 

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu Türkiyә Böyük  Milli Mәclisindә çıxış edib. Çıxışında ‘‘Sülh çeşmәsi’’ әmәliyyatına toxunan Mövlud Çavuşoğlu bəzi ölkələrin əməliyyatdan çox narahat olmasının səbəbini bu sözlərlə açıqlayıb:"Biz bu oyunu pozduğumuz üçün narahat oldular’’.

Mövlud Çavuşoğlu təhlükəsiz bölgәnin  yaradılması ilə əlaqədar Amerika Birləşmiş Ştatları ilə aparılan danışıqların nəticəsiz qaldığını və terror tәşkilatlarına dәstәk verәnlәrin  Suriyanın sərhəd bütövlüyünә әhәmiyyәt vermәdiyini deyib.

DEAŞ mәhbusları ilә bağlı mәsәlәyә dә toxunan Türkiyәnin XİN rәhbәri terrorçuların ölkәlәrinә geri göndәrilmәsinin fundamental hәll yolu olduğunu deyib.

ABŞ-ın Türkiyәyә sanksiya tәtbiq etmә qәrarına da toxunan Çavuşoğlu deyib ki, ABŞ-ın birtərəfli siyasəti və qərarları ilә bağlı mövqeyimiz aydındır. Sanksiyalarla bağlı lazımi addımları  atacağıq və lazımlı cavabı verəcəyik.



Әlaqәli Xәbәrlәr