Mövlud Çavuşoğlu: ‘‘Türkiyǝ bütün imkanları ilǝ Azǝrbaycanın yanındadır’’

Türkiyǝnin xarici işlǝr naziri Mövlud Çavuşoğlu Ayasofyanın mǝscid olaraq ibadǝtǝ açılması qǝrarı ilǝ bağlı bildirib ki, Türkiyǝnin suverenlik hüquqlarına müdaxilǝ şǝklindǝki bǝyanatlari rǝdd edirik.

1454162

‘‘TRT Haber’’ǝ müsahibǝ verǝn Mövlud Çavuşoğlu gündǝmdǝki aktual mǝsǝlǝlǝri qiymǝtlǝndirib.

Müsahibǝ zamanı Ayasofyanın ibadǝtǝ açılması ilǝ bağlı qǝrara toxunan Mövlud Çavuşoğlu bildirib ki, Ayasofya 1453-cü ildǝ İstanbul fǝth edildikdǝn sonra Türk xalqına aid oldu vǝ mǝscid olaraq fǝaliyyǝt göstǝrmǝyǝ başladı.

Ermǝnistan silahlı qüvvǝlǝrinin bölmǝlǝrinin Azǝrbaycanın Tovuz bölgǝsinǝ etdiyi hücuma da toxunan Mövlud Çavuşoğlu deyib: ‘‘Әlbǝtdǝ Azǝrbaycan lazımi cavabı verdi vǝ bu hücumun qarşısını aldı. Burada bir  mǝqam nǝzǝrlǝrǝ çarpır ki, Ermǝnistan xüsusilǝ  işğal etdiyi torpaqlardan diqqǝti başqa yerlǝrǝ çǝkmǝyǝ çalışır’’.

Çavuşoğlı bu günǝdǝk Ermǝnistanın heç bir hǝll yoluna yaxın gǝlmǝdiyini vurğulayaraq bildirib ki, Ermǝnistanın etdiklǝri qǝbul edilǝ bilmǝz. Ermǝnistan ağlını başına yığsın. Azǝrbaycan yalnız deyil. Türkiyǝ bütün imkanları ilǝ Azǝrbaycanın yanındadır.

Türkiyǝnin Azǝrbaycanın ǝrazi bütövlüyünün qorunması üçün ǝlindǝn gǝlǝn hǝr növ dǝstǝyi verǝcǝyini qeyd edǝn Çavuşoğlu deyib: ‘‘Azǝrbaycan işğal edilmiş torpaqlar vǝ Qarabağ mǝsǝlǝsindǝ hansı hǝll yoluna üstünlük verirsǝ biz Azǝrbaycanın yanında olacağıq’’.

Әlaqәli Xәbәrlәr