"Neytral bölgədə YPG/PKK-ya yer yoxdur", H.Akar

Almaniyada keçirilən Münhen Təhlükəsizlik Konfransından döndükdən sonra TRT - Türkiyə Radio Televiziya Qurumunun “TRT-World” kanalına müsahibəsində bildirib...

1146722
"Neytral bölgədə YPG/PKK-ya yer yoxdur", H.Akar

  Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Suriyanın şərqindəki Fərat bölgəsində yaradılacaq neytral zonada separatçı terror təşkilatı YPG/PKK-ya yer olmadığını vurğulayıb.

  Almaniyada keçirilən Münhen Təhlükəsizlik Konfransından döndükdən sonra TRT - Türkiyə Radio Televiziya Qurumunun “TRT-World” kanalına müsahibəsində H.Akar bildirib:

  Fəratın şərqində yaradılacaq neytral zonada YPG/PKK olmamalıdır, sərhədlərimiz və xalqımızın təhlükəsizliyinin təminatı üçün.

  Heç bir ölkə sərhədlərində terrorçuları istəməz. Türkiyənin yeganə məqsədi bölgəni YPG/PKK və DAEŞ kimi terror təşkilatlarından təmizləməkdir.

  Fərat Qalxanı Hərəkatı zamanı biz ən az 3 min DAEŞ terorçusunu zərərsizləşdirdik. Hərəkatdan sonra təxminən 300 min adam Türkiyədən Suriyadakı evlərinə döndü. Suriyanın şimalı da terrorçulardan təmizlənincə qalanları qayıdacaq.

  YPG/PKK terror təşkilatı sadə vətəndaşlara qarşı vəhşilik edir. Ona görə də biz ərəb və kürd qardaşlarımıza dəstək veririk və verəcəyik.

  Türkiyə-NATO əlaqələrinə gəlincə, biz bir NATO üzvüyük. Əvvəlki məsuliyyətlərimizi yerinə yetiririk. Hər hansı bir dəyişiklik söz mövzusu deyil."



Әlaqәli Xәbәrlәr