Prezident Rəcəb Tayyib Ərdoğan sabah ABŞ-a səfər edəcək

Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampın dəvətilə sabah adı çəkilən ölkəyə səfər edəcək.

1304418
Prezident Rəcəb Tayyib Ərdoğan sabah ABŞ-a səfər edəcək

Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampın dəvətilə sabah adı çəkilən ölkəyə səfər edəcək.

Ərdoğan səfəri çərçivəsində Trampla bir araya gələcək və birlikdə heyətlərarası görüşlərə başçılıq edəcəklər.  

Görüşlərdə Türkiyə ilə ABŞ arasındakı ikitərəfli əlaqələr hər baxımdan müzakirə olunacaq. Görüşlər çərçivəsində Suriya başda olmaqla regional və qlobal məsələrin müzakirə edilməsi, ayrıca terrorun hər növü ilə mübarizədə, həmrəylik, əməkdaşlıq və koordinasiyanın gücləndirilməsi üçün atıla biləcək konkret addımlar ətrafında fikir mübadiləsi aparılacaq.

Ərdoğan görüşlər çərçivəsində ABŞ Ticarət Palatasının ev sahibliyində keçiriləcək yığıncaqda iş insanlarına müraciət edəcək, Merlind ştatında olan Amerika Din işləri üzrə Mərkəzə baş çəkərək Türkiyə vətəndaşları, Türk mənşəli amerikalılar və müsəlman icmanın nümayəndələrilə bir araya gəlməsi də planlaşdırılır.



Әlaqәli Xәbәrlәr