Prezident Ərdoğan Liviya və İdlib məsələsinə münasibət bildirdi

Suriyanın İdlib bölgəsindəki hücumlar, rejimin atəşkəslə əlaqəli atılan addımı heçə saydığının göstəricisidir. Bunu Prezident Rəcəb Tayyib Ərdoğan deyib.

1342811
Prezident Ərdoğan Liviya və İdlib məsələsinə münasibət bildirdi

Ərdoğan İstanbulda cümə namazından sonra jurnalistlərin ünvanladıqları suallara cavab verib.

Prezident rejim qüvvələrinin İdlibə hücumlarıyla əlaqəli bir suala cavabən: “Hücumlar rejimin atəşkəs ilə əlaqəli atılan addıma riayət etmidiyini göz önünə sərir. Bazar günü Almaniyanın paytaxtı Berlində olacağıq. Bu məsələni Rusiya Prezidenti Vladimir Putin ilə ətraflı müzakirə edəcəyik. İdlibdə cərəyan edən hadisələr təşviş yaradır”

Suriyada həyata keçirilən və 3 Türk əsgərin şəhid olduğu hücuma da toxunan Ərdoğan: “Buna biganə qalabilmərik. İntiqamımız ağır olacaq. Berlində təşkil ediləcək Liviya mövzulu yığıncaqda İdlib məsələsini gündəmə daxil etməyi planlaşdırıram”.

19 Yanvarda Berlində Liviya mövzulu yığıncağın keçiriləcəyini xatırladan Prezident: “Liviyadakı silahlı döyüşçülərin lideri Hafter etibarlı adam deyil. Tripolini bombalamağa davam edir. Bunu Berlində açıqca görəcəyik. Ümid edirəm ki verdiyi vədlərə sadiq qalar.

8 Yanvarda Rusiya Prezidenti Putin ilə birlikdə bütün tərəfləri atəşkəsə çağırdık. Atəşkəs 12 Yanvarda Milli Həmrəylik Hökuməti və Hafter tərəfdən qəbul edilərək qüvvəyə mindi”-deyə Ərdoğan vurğulayıb.

Qeyd edək ki, Almaniyanın kansleri Angela Merkel 19 Yanvarda Berlində keçiriləcək Liviya mövzulu yığancağa dövlət və ya hökumət rəhbərlirini dəvət edib.



Әlaqәli Xәbәrlәr