Prezident Ərdoğan Milli Təhlükəsizlik Şurasının yığıncağına başçılıq edəcək

Milli Təhlükəsizlik Şurası bu gün Prezident Rəcəb Tayyib Ərdoğanın başçılığında yığıncaq keçirəcək.

1496405
Prezident Ərdoğan Milli Təhlükəsizlik Şurasının yığıncağına başçılıq edəcək

Milli Təhlükəsizlik Şurası bu gün Prezident Rəcəb Tayyib Ərdoğanın başçılığında yığıncaq keçirəcək.
Yığıncaqda Şərqi Aralıq dənizi ilə əlaqəli həm masa həm sahədəki son vəziyyət qiymətlədiriləcək.
Qeyd edək ki, Şərqi Aralıq dənizindəki vəziyyətdə Prezident Ərdoğanın Liviyanın Baş naziri Fayiz es-Serrac ilə imzaladığı müqavilə dönüş nöqtəsi olub.
Razılaşmanın memarlarından olan Serrac vəzifəsini oktyabr ayının sonunda təhvil verəcək.
"Sərracdan sonra Liviya" mövzusu da Milli Təhlükəsizlik Şurasının yığıncağında müzakirə olunacaq.
Yığıncaqda həmçinin terror təşkilatı PKK və qollarına qarşı ölkə daxilində və ölkədən kənarda qətiyyətli şəkildə davam edən əməliyyatlar gündəmdə olacaq.



Әlaqәli Xәbәrlәr