Prezident Ərdoğan Uşaq Bayramı münasibətiylə təbrik etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı münasibətiylə təbrik etdi.

1188056
Prezident Ərdoğan Uşaq Bayramı münasibətiylə təbrik etdi

  Türkiyə Prezident Aparatı informasiya xidmətindən verilən məlumata görə, R.T.Ərdoğan 23 Aprel Milli Suverenlik və Uşaq bayramı münasibətilə xalqı təbrik edərək deyib:

  "Türkiyə Böyük Millət Məclisinin yaranmasının 99-cu ildönümü, o cümlədən Türkiyə Milli Suverenlik və və dünyadaki bütün uşaqların Uşaq Bayramını təbrik edirəm. Ən böyük arzum uşaqlara və gənclərə rifah şəraitində yaşaya biləcəkləri gələcək hazırlamaqdır. 

  Türkiyə Cümhuriyyətinin milli suverenliyinin təməlləri atılarkən, əziz xalqımız zəfər və respublikamızın yaranmasına uzanan yolda əl-ələ, həmrəylik içində, cürətli addımlarla irəliləmişdir.

  "Hakimiyyət qeyd-şərtsiz millətindir" şüarıyla gələcək istiqlal mübarizəsini də davam etdirən xalqımız üçün Məclisin yaranması Vətən və bayrağımıza olan sədaqətin, qardaşlığımızın, birlik və həmrəyliyimizin məhəng daşı, azadlığımızın zəmanəti oldu.

  23 aprel 1920-ci ildə milli iradənin hər şeydən üstün olduğunu mənimsəmiş xalqımız üçün bu bayram tam müstəqilliyimizin elan edildiyi tarixdir.

  Qurtuluş savaşı dövründə qəhrəmanlıq dastanı yazan əziz millətimiz respublika yarandıqdan sonra da hər sahədə sürətlə inkişaf edir.

  Türkiyə hazırda dünyanın nüfuzlu və nümunə götürüləsi ölkələri arasındadır. Biz də gələcəyimizin zəmanəti olan uşaqlarımızın daha böyük, daha güclü, daha zəngin və daha əmin bir Türkiyədə yaşaya bilmələri üçün xalqımızdan aldığımız güclə lazımi addımları atmaqda davam edirik.

  Ümumdünya uşaqlarıyla əl-ələ qeyd etdiyimiz 23 Aprel Uşaq Bayramı xalqımızın uşaqlara verdiyi dəyərin bariz nümunələrindən biridir. Biz bütün uşaqları Yer üzünün ən dəyərli varlığı qəbul edir, onları qorumaq uğrunda hər addımı atırıq. Ən böyük arzumuz uşaqlarımız və gənclərimiz üçün gözəl gələcək hazırlamaqdır.

  Yarandığı gündən bu günə qədər ölkəsinə və millətinə xidmət etmiş Türkiyə Böyük Millət Məclisinin bütün vəkillərinə minnətdarlığımı bildirir, başda İstiqlal mübarizəmizin baş komandanı, Türkiyə Böyük Millət Məclisinin ilk sədri, respublikamızın banisi Qazi Mustafa Kamal Atatürk olmaqla, bütün şəhid və qazilərimizi hörmətlə yad edir, onlara rəhmət diləyirəm.

  Bütün Türkiyə və dünya uşaqlarının bu müstəsna bayramını ürəkdən təbrik edirəm".



Әlaqәli Xәbәrlәr