Prezident Ərdoğan vətənə qayıtdı

Prezident Rəcəb Tayyib Ərdoğan Almaniya Kansleri Angela Merkelin dəvəti ilə Liviya sammitinə qatılmaq üzrə Berlinə reallaşdırdığı səfərini tamamlayaraq vətənə qayıtdı.

1343746
Prezident Ərdoğan vətənə qayıtdı

Prezident Ərdoğan və onu müşayiət edən heyəti daşıyan xüsusi təyyarə “TRK”, Türkiyə vaxtıyla saat 23.50-de İstanbul Atatürk Havalımanına endi. Ərdoğanı burada vitse-prezident Fuat Oktay, İstanbul valisi Əli Yerlikaya və İstanbul polis idarəsinin Müdiri Mustafa Çalışkan qarşıladı.

Qeyd edək ki, Ərdoğan ilə yanaşı Milli Müdafiə Naziri Hulusi Akar, Milli Kəşfiyyat İdarəsinin rəhbəri Hakan Fidan, Komikasiya rəhbəri Fahrəttin Altun və Prezidentin sözçüsü İbrahim Kalın da ölkəyə qayıtdı.



Әlaqәli Xәbәrlәr